Bakı Zooloji Parkı yenilənmiş infrastrukturu ilə fəaliyyətini davam etdirir. 2021-ci ildə əsaslı təmir edilən zoopark 4,25 hektar ərazini əhatə edir və burada 125 növdən 850-dən çox heyvan saxlanılır.
Zooparka giriş biletlərinin qiymətləri belədir: Böyüklər üçün 7, uşaqlar üçün 2, xarici turistlər üçün 15 manat. 3 yaşa qədər uşaqlar və şəhid ailələri üçün giriş pulsuzdur.
Qeyd edək ki, Bakı Zooloji Parkı hər gün 10:00–17:30 saatlarında ziyarətçiləri qəbul edir.