Gəncə şəhərində genişmiqyaslı təmir işləri aparılır.
Sitat.info xəbər verir ki, yerli sakinlər bildiriblər ki, bu işlər 2025-ci ildə keçiriləcək III MDB Oyunları ilə bağlıdır.
Onlar vurğulayıb ki, evlərin dam örtükləri qırmızı rəngdə olmalıdır və şəhərdəki bütün evlərin damı ardıcıl şəkildə dəyişdiriləcək.
Bundan əlavə, şəhərin müxtəlif prospekt və küçələrində də yenidənqurma və abadlıq işləri görülür.
Qeyd edək ki, "Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib. III MDB Oyunları isə sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək. Yarışlar Gəncə ilə yanaşı, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə təşkil olunacaq. Ümumilikdə 23 idman növü üzrə keçiriləcək oyunlardan 8-i Gəncədə baş tutacaq.