Cövdət Yılmaz Mehriban Əliyevanı təbrik etdi

17:36 29 Mart 2025

Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Sitat.info məktubun mətnini təqdim edir:

"Hörmətli Birinci vitse-prezident,

Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm.

Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram".



Xəbər xətti