Məhkəmə Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verdi

12:32 1 Aprel 2025

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə yekun qərar açıqlanıb.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Kamilə Əliyevanın şikayətini əsassız sayıb.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti təsdiq edib ki, məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına inşa olunub. Bu səbəbdən nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir.

Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.



Xəbər xətti