Məhkəmə Azər Qasımlı barəsində qərar verib

11:38 3 Aprel 2025

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Sitat.info-nun məlumatına görə, bu barədə qərar Yasamal Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.



Xəbər xətti