Belarus Ukraynaya nota verib

18:10 3 Fevral 2022

Rəsmi Minsk Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) Belarus sərhədini qanunsuz keçməsini əsas gətirərək Ukraynaya etiraz notası göndərib.

APA-nın xəbərinə görə bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, Ukraynanın Belarusdakı səfiri İqor Kizim Ukraynadan Belarusa qanunsuz müşahidə həyata keçirəcək PUA-nın göndərilməsinə etiraz olaraq Belarus XİN-ə çağırılıb.

İN-in məlumatında qeyd olunub ki, hadisə yanvarın 24-də baş verib.



Xəbər xətti