"Pitomnik bağı" baxımsız vəziyyətdə: Binəqədi RİH hara baxır? FOTOLAR

11:27 23 Aprel 2025

Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən məşhur "Pitomnik bağı" bərbad və baxımsız vəziyyətdir.

Sitat.info xəbər verir ki,  10 ildən çoxdur  parkda hər hansı yenilik yoxdur. Müəyyən qədər  təmizlik işləri görülsə də, park təəssüratı yaratmır. Səliqə-səhman yoxdur. 12 hektarlıq geniş ərazisi olan park ötən ilə kimi tullantı yerinə çevrilmişdi. 

Yağış və qurunt sularının yaratdığı böyük gölməçə ağacların qurumasına səbəb olur. Yabanı otlar insan boyuna qədər qalxıb. Diqqət çəkən məqamlardan parkın içərisində gecəqonduların olmasıdır. 

Sosial şəbəkələrdə tikinti şirkətlərinin parkın yerində gözü olduğunu yazırlar. Sakinlər ümid edirlər ki,  parkı hasara alıb, göydələn ucaltmazlar. Maraqlıdır, bu vəziyyəti  Binəqədi Rayon İcra Hakimiyyəti görmürmü? Məsələ ilə bağlı bu quruma da sorğu göndərdik. 

Mövzunu davam etdirəcəyik. 

Sitat.info 




Xəbər xətti