Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra NATO-ya daxil olmaq istəyən ölkələrin sayı artir. Hazırda Finlandiya və İsveç də bu ölkələr siyahısındadır. Artıq bu iki dövlət rəsmi şəkildə müraciət ediblər. Burada əsas problem odur ki, Türkiyə həmin ölkələrin NATO-ya daxil olmaq istəyini birmənalı qarşılamır.
Sual yaranır ki, bəs Türkiyə özü NATO- ya üzv olduğu halda niyə bu ölkələrin üzv olmasına qarşıdır?
Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, terrorçu təşkilatlar hər iki dövlət ərazilərində yerləşdirdiyi üçün Türkiyə onların NATO- ya daxil olmağını istəmir: "Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına ona görə qarşıdır ki, hər iki tərəf öz ərazilərində PPK təminatına yer ayırmış mərkəzlərin yaradılmasına icazə veriblər. Eyni zamanda PKK qaçqınlarına, daha doğrusu, Türkiyə qanunvericiliyi ilə terrorçu hesab olunan şəxslərə öz ərazilərində yaşamaq izni veriblər və onların Türkiyə əlehinə fəalliyyətlərini fakitiki olaraq hətta maliyyələşdirirlər. İraqda, Suriyada və hətta İranın özündə də, məhz bu ölkələrin texniki kəşfiyyat və silah dəstəyi ilə PKK ayaqda durmaqdadır".
Ə.Əlibəyli vurğuladı ki, bu ölkələr içərisində xüsusilə İsveç və Finlandiyanın adını çəkərkən mütləq qeyd etmək lazımdır ki, məhz indiki tarixi məqamda Rusiya qılıncının Avropa təhlükəsizliyinə təhdid yaratdığı bir dönəmdə NATO-ya üzv olmaq zərurəti meydana çıxır. Artıq onlar bu tarixi mərhələdə Türkiyə qarşısında öz mənəvi borclarını ödəməlidirlər. Bilirsiniz ki, NATO nizamnaməsinə görə, əgər üzv dövlətlərin biri, digər üzv olmaq istəyən dövlətə icazə verməzsə onun qəbul olması da mümkün deyil. Bu birinci şərt hesab olunur. İkinci vacib məqam bundan ibarətdir ki, Türkiyə bir neçə şərt səsləndirib. PKK terrorçularının, təxminən 33 nəfərin Türkiyəyə qaytarılması və onların bu ölkələrdəki təbliğat mərkəzlərinin qapadılması, dəstəyin kəsilməsi, həmin təşkilatların terrorçu olaraq tanınması, Türkiyənin F35 proqramına qaytarılması, F16-ların modernizasiya edilməsi kimi tələbləri əhatə edir".
Bəs Türkiyə NATO-dan çıxa bilərmi?
Əzizə Əlibəyli hesab edir ki, Türkiyənin istəsə NATO-dan çıxmaq kimi imkanı var: "NATO-dan çıxmaq üçün təxminən 20 il üzv olmaq lazımdır. Türkiyə də təxminən 70 ildir ki, üzvdür. 70 il ərzində Türkiyə NATO-nun ikinci güclü ölkəsi olaraq meydana çıxıb. NATO-dan Türkiyə ancaq öz istəyi ilə çıxa bilər. Və Ankara NATO-nun müvafiq maddələrini əsas gətirərək ,öz maraqları ilə təşkilatın maraqlarının üst-üstə düşmədiyini irəli sürərək ayrıla bilər".
Lamiyə Xəqani
SİTAT.İNFO