Səhiyyə nazirinin bütün müavinləri işdən çıxarılıb

09:58 4 Fevral 2022

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.



Xəbər xətti