Səhiyyə nazirinə yeni müavinlər təyin olunub

10:02 4 Fevral 2022

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.



Xəbər xətti