Mayın 23-də isə Ankara Finlandiya və İsveç diplomatlarına tələblərdən ibarət “Skandinaviya dosyesi” təqdim edəcək…
Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı mövqeyi dünyada ciddi müzakirə mövzularından biridir. Rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük təkliflərini təsdiqləməzdən əvvəl onların yerinə yetirmələrini istəyəcəyi tələbdən ibarət siyahı da hazırlayıb. Tələblər mayın 23-də Türkiyəyə səfəri gözlənilən Finlandiya və İsveç diplomatları üçün hazırlanmış “Skandinaviya dosyesi” adlanan sənəddə öz əksini tapıb.
KAİM.az-ın məlumatına görə, hər iki ölkənin Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli təşkilatlara, habelə bu ölkələrdən Suriya kürdlərindən ibarət qruplaşmanın üzvləri ilə əlaqəni dayandırmalarını tələb edir.