Bir məktəbdə 10 müəllim, 20 şagird yoluxdu- Məktəblər bağlanacaqmı?

12:04 4 Fevral 2022

Paytaxtın Xətai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 10 müəllim, 20 şagird koronavirusa yoluxub.

Bu barədə Milli.Az-a valideynlər məlumat veriblər. 

Bu səbəbdən övladlarının sağlamlığını düşünən valideynlər məktəbin fəaliyyətinin distant təhsil formasında davam etdirməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyini gözləyirlər. 

Qeyd edək ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə hazırda 205 sinif distant təhsildədir. Məsələnin diqqətdə saxlanıldığı bildirilib.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı kəskin artaraq gündəlik 6 min nəfəri keçib.  Yoluxma məktəblərdə də çox sürətlə yayılır və valideynlər narahatlıqlarını sosial şəbəkələrdə ifadə edirlər. 



Xəbər xətti