Ötən gün İrəvanda ermənilərin şüuruna hopmuş ifrat düşmənçiliyin, iyrənc ideologiyalarının və erməni xislətinin ən son nümunələrindən biri sayılacaq hadisənin üstü açıldı.
İrəvanda yerləşən bağçalardan birində 2019-2021-ci illərdə azyaşlı körpəyə qarşı törədilmiş amansız işgəncələrin, insanlığa sığmayan cinayət ifşa oldu.
Bəşər tarixinin ən ikrah doğuran cinayətlərinə imza atmış ermənilər bu dəfə də tarixin, illərin bu xalqın mənliyində heç nəyi dəyişə bilmədiyini, erməni xislətinin onları çevirdiyi bədheybət üçün heç bir dəyərin mövcud olmadığını üzə çıxardı.
Qandonduran hadisədə bağçanın demək olar ki, bütün sakinləri iştirakçı olub. Dayələr, “tərbiyəçi”lər və pakistanlı atanın günahsız körpəsinə qarşı işgəncələrə alət olan erməni uşaqlar...
Sadəcə atası pakistanlı olduğu üçün hazırda altı yaşına çatmış körpəyə uzun müddət erməni dayələr ağır işgəncələr verib, mənəviyyata sığmayan addımlar atıb. Körpəyə qarşı seksual xarakterli zorakılıq əməlləri törədilib, onun qolları və boğazını iplə bağlayıblar, sinəsinə dəmir oyuncaqla dağ çəkilib. Bundan əlavə günahsız körpə torpaq, zibil və nəcis yeməyə məcbur edilib.
Ən dəhşətlisi isə budur ki, bu əməli törədən vəhşilər öz iyrəncliklərinə bağçadakı erməni uşaqları da alət edib, onların da körpənin alçaldılmasında, ona qarşı işgəncələrdə iştirakından öz iyrənc ruhlarını rahatladan həzz alıblar.
Özlərinin törətdiyi cinayətə öz gələcəklərini də qoşmaqla bəlkə də dünya tarixinin ən kiçik cinayətkarlarını yetişdiriblər.
Bu vəhşət baş verərkən onların əsaslandığı yeganə arqument isə bu körpənin valideynlərindən birinin (ana erməni qadındır) pakistanlı olmasıdır.
Bu hadisə ermənilərin törətdiyi onlarla cinayətlərin, terror aktlarının, Qaradağlıda, Xocalıda törədilmiş vəhşiliklərin davamıdır.
Cinayəti törədənlər isə ermənilərin gələcəyi olan körpələri yetişdirən dayələr, tərbiyəçilərdir. Sözügedən məslək sahibləri bu cür faşist ruhda olan bir xalqın isə gələcəyi də elə bütün bəşəriyyət üçün faşizm bəlasından daha qorxunc bir təhlükə deməkdir.
Bu gün erməni mətbuatı sözügedən faktla bağlı “cinayət işi” açıldığını yazır. Ancaq bu cinayəti törədənlərin sələflərinin yetişdirdiyi şəxslərin də bu cinayətə ədalətli cəza verəcəyini gözləmək sadəlövhlük olar.
Xalqların, ümumən bütün bəşəriyyətin gələcəyinə qarşı törədilmiş bu cinayət ermənilərin daşıdıqları xəstə təfəkkürün nə dərəcədə vəhşət saçan bir məhfum olduğunu ortaya qoyur. Bu cür vəhşiliklə mübarizə aparmaq isə özünə insan deməyə haqq görən hər bir şəxsin vəzifəsi olmalıdır... (oxu.az)