Asiya turu çərçivəsində getdiyi Cənubi Koreyada mətbuata açıqlama verən ABŞ prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen Inn-ə çatdıracaq sözünün olmadığını deyib.
ABŞ-ın Şimali Koreyanın atacağı hər bir addıma hazır olduğunu deyən Bayden, mümkün nüvə sınağından da narahat olmadığını dilə gətirib.
Kimə mesajının olub-olmadığını soruşan jurnalistə cavab verən Bayden, “Salam” göndərib, neçə saniyə sonra “Nöqtə” ifadəsini işlədib.
Bildirilir ki, ballistik raket sınaqları keçirən Şimali Koreya tezliklə nüvə sınağı keçirə bilər.
Ləman Sərvanqızı
SİTAT.İNFO