Azərbaycanda Ermənistanla imzalanacaq sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların hansı mərhələdə olduğu maraq doğurur. Dünya medyasının gündəmində isə Ukrayna-Rusiya müharibəsi dayanır.
Artq 2 aydan çoxdur davam edən bu müharibənin yekununun necə olacağı sual altındadır. Dünyada baş verən bu proseslərn Azərbaycana da təsir görəcəkmi?
Sitat.info-nun qonağı olan siyasi şərhçi Kənan Novruzovla bu məsələlər ətrafında müzakirə apardıq.
-Kənan bəy, Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. Amma İrəvanda ölkə hakimiyyətinə qarşı mitinqlər keçirilir və Paşinyana təzyiq var. Təzyiqlər haradan gəlir?
- Ermənistan Azərbaycanla sülh danışığına hazır olduğunu bildirdi. Amma Paşinyan Moskvaya gedib Putinlə görüşdü və nəticədə həm sərhəddə atəşkəsin pozulması intensivləşdi, həm də Ermənistan daxilində xaos başladı. Düşünürük ki, Putin normallaşmanın gərçəkləşməsini istəmir, Paşinyana təziq edib, Paşinyan da çox güman ki, müqavimət göstərməyə çalışıb və Putin də Paşinyanı cəzalandırmaqdan ötrü yəni "Ermənistanın siyasi taleyi Rusiyanın əlindədir" deyərək daxildə xaos yaratdı. Putin üçün bu çox asandır, çünki Ermənistan daxilində əlaltıları var. Bunlardan Robert Köçəryanı, Serj Sərkisyanı misal çəkmək olar. Onların vasitəsilə öz hücum planını həyata keçirdi. Hələ də bu mitinqlər davam edir. Təxminən 10 gündən sonra bu mitinqin nəticəsi bilinəcək. Ya mitinq yatırılacaq - bu da Paşinyan və Putinin dialoqundan asılıdır. Ya da az ehtimal olsa da Paşinyan hakimiyyətdən gedə bilər. İndiki məqamda Rusiyaya əlavə problem lazım deyil. Azərbaycan- Ermənistan əlaqələrinin normallaşması Putin üçün yaxşı deyil.
-Bu etirazların əsas dəstəkçisi olan müxalifət güclüdür, yoxsa hakimiyyət? Sizcə nəticə necə olacaq?
- Müxalifət güclü deyil, onun tərkibində də təxminən 5000-6000 adam var. Müxalifəti güclü edən Putinin dəstəyidir. Vəziyyət kəskin davam etsə Putin Ermənistanın KTMT ölkəsi olduğunu deyib, Ermənistana KTMT qoşunlarını yeritdiyini söyləyər. Ermənistana KTMT qoşunlarının girməsi Paşinyanın hakimiyyətdən getməsi deməkdir. Ermənistanda etirazları güclü edən müxalifət deyil Rusiya və KTMT faktorudur.
- Uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsində son vəziyyəti necə dəyərləndirirsiniz?
- Türkiyənin vasitəçiliyinin daha intensiv olduğu vaxtlarda, güman edirdim ki, müharibə dayanacaq. Amma görünən odur ki, müharibə hələ də davam edəcək, müharibəyə nəzarət həm Kiyevin, həm də Moskvanın nəzarətindən çıxıb. Onların müharibəni dayandırmaq imkanı getdikcə azalır. Müharibəni davam etdirib idarə edən isə Qərbdir. Çünki, Qərb Ukraynaya silah da verir və bunun qarşılığında müharibəni davam etdirməyi tələb edir. Qərb belə bir iddia irəli sürür ki, Ukrayna müharibəni dayandırmaq istəyərsə, o zaman silah yardımını dayandıracaq və Putin Ukraynanı məhv edəcək.
Qərb müharibəni dayandırmaq istəmir. Putin çox şey itirib. Bunlardan başlıcası dünyadakı imicini itirməsidir. Dünyada ona qarşı koalisiya formalaşıb, Putin buna görə daha da hiddətlənib. Ona görə də müharibəni tezliklə dayandırmayacaq. Müharibənin nəticəsində Kiyev və Moskva uduzacaq, udan isə Qərb olacaq. Bəziləri deyirlər ki, Ukrayna iki hissəyə bölünəcək, bəzi fikirlərə görə isə Rusiya parçalanacaq, Putin hakimiyyətdən uzaqlaşdırılacaq və s. Amma bunun necə nəticələnəcəiyini dəqiqıiyi ilə danışmaq çətidir. Müharibənin nəticəsində Rusiyanın Ukraynanın, bəlkə Maldovanın da sərhədləri dəyişəcək.Qərbin əli daha da güclənəcək, Şərqi Avropaya və Cənubi Qafqaza təsiri də artacaq.
- Bir çox şərhçilər bu müharibədə Zelenskinin bir vasitə olduğunu düşünürlər, bəs sizcə vəziyyət belədirmi?
- Qərb Ukraynada əvvəlcə bataqlıq yaratdı, sonra isə Rusiyanı həmin bataqlığa çəkdi. Zelenski özü də başa düşür ki, müharibə sadəcə bir vasitədir. Belə desək Zelenski avtomatdır,amma, avtomatdan atəş açan qərbdir. Zelenski müharibəni dayandırmaq istəsə belə bunu öz istəyi ilə edə bilməz. Zelenski səhv etdiyini başa düşür amma geriyə də yol yoxdur.
- Qarabağ məsələsininin tam həllini tapmadığı bir vaxtda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şahidi oluruq. Bu normallaşma nə ilə nəticələnəcək. Buradakı maraqlar nədir?
Türkiyə ilə İrəvan arasında təmaslar güclənib. Ankara suların durulmasını istəyir. Qərb və Moskva isə əks düşüncədədirlər. İndi Ankara ilə Moskva arasında bu məsələ ilə bağlı gizli də olsa rəqabət gedir. Məsələ təkcə Paşinyandan asılı olsa sülh müqaviləsini indi imzalayar. Təəssüf ki, Rusiya buna mane olur. Paşinyan sülh müqaviləsinin imzalanmasına ona görə tələsir ki, Rusiya ilə Ukrayna arasında müharibənin nəticəsindən asılı olamayaraq Paşinyanın vəziyyəti çətinləşəcək. Müharibə Rusiyanın xeyrinə bitsə, Paşinyana təsir artacaq. Moskva uduzsa Paşinyan öz hava yastığını itirəcək. Buna görə də Türkiyənin təsiri altına keçmək istəyir. Sülh müqaviləsinin yaxın vaxtlarda imzalanacağını güman etmirəm. Çünki Rusiya hələ o qədər də zəifləməyib.
- Rusiya həm Ukrayna ilə müharibədədir, həm də Ermənistan-Azəbaycan məsələsini də nəzarətdə saxlamaq istəyir. Rusiya hansı tərəfdə üstünlüyə nail olacaq?
- Moskva Kiyevdə uduzdu. Amma Rusiya 30 ildir regionda düyünləri saxlamağı bacarırdı. Minks qrupu etmək istəmədiyini Azərbaycan ordusu öz gücü ilə 30 ildən sonra öz torpaqlarını azad etdi. Düşünürəm ki, Putinin gücü Cənubi Qafqazda daha çoxdur. Bu da Cənubi Qafqaza 30 il ərzində yaxşı bələd olduğu ilə əlaqəlidir. Burada atacağı addımları müəyyənləşdirə bilər, amma, Ukraynada onun üçün gözlənilməz oldu. Qərbin dəstəyini, Ukraynanın belə müqavimətini gözləmirdi. Belə davam edərsə Rusiya hər iki tərəfdən də məğlub ayrılacaq.
Safura Bənnayeva
SİTAT.İNFO