Ukrayna və Rusiya hərbçilərin meyitlərini dəyişdiriblər

14:15 17 İyul 2025

İstanbul razılaşmalarının davamı olaraq, Rusiya iyulun 17-də Ukraynaya daha 1000 ukraynalı hərbçinin meyitini təhvil verib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Telegram kanalında məlumat verib.

"Şəhid olmuş 19  əsgərimizin cəsədini qəbul etdik. Onlar öz doğma torpaqlarında dəfn olunacaq", - Medinski əlavə edib.

Tehran,

Sitat.info



Xəbər xətti