Şeyx 15 ildir qazpulu ödəməyib? - "Azəriqaz"dan AÇIQLAMA

16:00 24 May 2022

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 15 ildir qaz pulu ödəmirmiş”.

Sitat.info xəbər verir ki, bunu tanınmış jurnalist Əvəz Zeynallı Xural TV-nin “Siyasət meydanı” verilişində deyib. O bildirib ki, “Azəriqaz” əməkdaşları Şeyxin Nərimanovdakı villasında reyd keçirib və qeyri-qanuni qaz xətləri aşkarlayıblar.

“Verilən məlumatlara görə, “Azəriqaz” əməkdaşları Şeyxin evinə girə biliblər və orada qeyri-qanuni qaz xətləri aşkara çıxıb. Təbii ki, onlar ləğv olunub. Bilmirəm buna görə cərimə yazılıb, ya yox. Amma aldığım məlumata görə, bu qeyri-qanuni xətlər 15 ildir var və Şeyx bu illər ərzində qazpulu ödəmirmiş. Mən maraqlandım və öyrəndim ki, villasında aylıq qaz sərfiyyatı 3-5 min manat aralığında olub”.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, onda belə bir məlumat yoxdur: 

“Bizimçün hər bir kəs abonentdir. Heç kimin statusu və ya qohumluq əlaqələri abonentlərə göstərdiyimiz xidmətə təsir edə bilməz”. (“Qafqazinfo”)



Xəbər xətti