Ananın evdə tək qoyduğu uşaqlar yanaraq öldü, qadın isə...

20:49 4 Fevral 2022

Rusiyanın Xabarovsk vilayətində yanğın zamanı iki uşağın ehtiyatsızlıqdan ölümünə görə anaları azadlıqdan məhrum edilib.

Bildirilir ki, ötən ilin martın ayında Solneçnı rayonunun Berezovı kəndində yerləşən birmərtəbəli taxta konstruksiyadan ibarət evdə baş vermiş yanğın nəticəsində 2019 və 2018-ci il təvəllüdlü iki uşaq həlak olub. 

Müəyyən edilib ki, 23 yaşlı ana özü qonşuya gedərkən üç azyaşlı uşağını tək qoyub. Qadın mənzilində elektrik nasosunun nasaz olduğunu bilsə də, cihazı taxılı saxlayıb. Nəticədə yanğın baş verib, iki uşaq yanan məhsullardan kəskin zəhərlənmədən ölüb, bir uşaq isə xilas edilib.

Qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə dörd il altı ayı dəmir barmaqlıqlar arxasında keçirəcək. O, valideynlik hüququndan məhrum edilib. (Oxu.az)



Xəbər xətti