Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
SİTAT.İNFO xəbər verir ki, bu vəzifə Prezident İlham Əliyevin mayın 24-də imzaladığı “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla ləğv olunub.
Sənədə əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin 5 müavini olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv olunduğu üçün bu vəzifəni icra edən Əli Abdullayev artıq nazirlikdə işləmir.
Bu barədə "Report"a nazirin müşaviri Rəşad Bayramov bildirib.
Xatırladaq ki, dövlət başçısının ötən gün imzaladığı sərəncamlarla Fərid Əhmədov, Samir Məmmədov və Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin yeni müavinləri təyin ediliblər. İndiyədək digər nazir müavinləri isə Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov və Rövşən Rüstəmov olub.