Qaz bahalaşırmı? - Natiq Cəfərli Samir Şərifovun "mesajına" aydınlıq gətirdi

22:05 25 May 2022

Samir Şərifovun qazla bağlı dedikləri qazın qiymətinin artımına hesablanmayıb. Demək istəyir ki, Azərbaycanda qiymətlərin ucuz olmasına şükr edin". 

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı vurğulayıb ki, indiki zamanda, inflyasiyanın bu qədər sürətlə getdiyi bir vaxtda və vətəndaşların sosial vəziyyətinin heç də yaxşı durumda olmadığını , qiymət artımının, ərzaq inflyasiyanın 18 faiz olduğunu nəzərə alsaq, təbii qazın qiymətinin artması, kommunal xidmətlərin bahalaşması real görünmür.
Ona görə də, bu açıqlamab "şükr edin ki, bizdə qiymətlər ucuzdur" mesajına bənzəyir.

Banu, 
SİTAT.İNFO



Xəbər xətti