Ukrayna-Rusiya müharibəsi çox şiddətli bir şəkildə davam edərkən Kiyevdən çox mübahisəli bir iddia gəlib.
SİTAT.İNFO xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Twitter səhifəsində Rusiya istehsalı olan TOS-1A-nın Donetsk vilayətində istifadə edildiyini iddia edərək, narahatlıq doğuran görüntüləri paylaşıb.
Ukrayna MN paylaşımında Rusiyanın Ukraynanı işğal etmək məqsədinə çatmaq üçün öldürücü silahlardan istifadə etdiyini bildirib.
Nazirlik bəyan edib ki, Rusiya son vaxtlar münaqişənin qızğın olduğu Ukrayna mövqelərini Donetsk bölgəsində yerləşdirdiyi “Tos-1A” çoxbarelli ağır reaktiv sistemindən yaylım atəşi ilə vurub.
Kiyev hücum anının görüntülərini sosial mediada paylaşaraq, Ukraynanın şərqindəki Donetsk vilayətindəki Novomıxaylivkada Rusiya istehsalı olan TOS-1A-dan istifadə edildiyini bildirib.
Kadrlarda kənd ərazisinin yaylım atəşinə tutulduğu görünür. Ukraynanın Rusiyaya cavab verməyə hazır olduğu, lakin bunun üçün Kiyevin çoxbarrelli reaktiv yaylım atəşi sisteminə ehtiyacı olduğu bildirilib və silah yardımı üçün çağırış edib.
Ukrayna lideri Zelenski mayın əvvəlində demişdi ki, mülki insanları Rusiyanın hücumlarından qoruya biləcək çoxbarrelli raket atanlara ehtiyac var.
Nigar Abuzər
SİTAT.İNFO