Xalq artisti Ramiz Novruz artıq çəki itirməsi ilə diqqət çəkib.
Sitat.info olay-a istinadən xəbər verir ki, məşhur aktyorun son halını vizajist qızı Şəfəq Novruz instaqram hesabında paylaşıb. O, atasını ad günü münasibətilə təbrik edib və səhhətinin yaxşı olduğunu qeyd edib:
"Fəxrim, atam, sənətkarımız, bir az arıqlamısan, amma əsas odur ki, canın sağdı, yanımızdasan, nəfəsin gəlir. Bu bizim üçün böyük bir varlıqdır".
Qeyd edək ki, Xalq artistinin mədə xərçəngindən əziyyət çəkməsi barədə xəbərlər yayılmışdı.