"Putin daha 6 şəhəri xarabalığa çevirəcək" - Zelenskidən həyəcanlı ÇAĞIRIŞ

14:47 27 May 2022

Ukrayna prezidenti Volodimir Zelenski xalqa gündəlik müraciətində Rusiyanın Xarkovu yenidən bombaladığını bəyan edərək, hücum nəticəsində 9 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını, onların hamısının mülki vətəndaş olduğunu açıqlayıb.

SİTAT.İNFO xəbər verir ki, ölənlər arasında 5 aylıq körpə və atasının olduğunu bildirən Zelenski ananın vəziyyətinin ağır olduğunu, yaralananlar arasında 9 yaşlı qız uşağının da olduğunu bildirib.

Zelenski Rusiyanın Donbasdakı hazırkı hücumunun bölgəni xarabalığa çevirə biləcəyini deyərək, qeyd edib ki, onlar Volnovaxa və Mariupol kimi Popasna, Baxmut, Liman, Lisiçansk və Severodonetski yerlə-yeksan etmək istəyirlər: "Rusiyaya təzyiq göstərmək sözün əsl mənasında insanların həyatını xilas etmək məsələsidir”.

Latviya parlamentinə və xalqına müraciət edən Zelenski Ukraynanın müdafiəsi də daxil olmaqla, aldığı köməyə görə minnətdarlığını bildirib və bu deyib: “Əgər dünyada hər kəs  Latviya kimi, tərəddüd etməyən digər tərəfdaşlar kimi ümumi azadlığımızı müdafiə etmək əzmində olsaydı, Rusiya dövləti Ukraynaya, Avropaya və dünyaya heç bir zərər verə bilməzdi. 
 
Zelenski həmçinin bildirib ki, Hollandiyanın baş naziri Mark Rutte ilə telefon danışığı olub, ona döyüş meydanındakı vəziyyət barədə məlumat verib və Ukraynanın özünümüdafiə və hücumları dəf etmək qabiliyyətinin necə təkmilləşdirilə biləcəyini müzakirə edib.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti