Zelenskidən dünyaya xəbərdarlıq: Bir çox ölkə fəlakətin böyüklüyünü başa düşəcək!
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Qara dəniz və Azov dənizi üzərindən əsas ixrac marşrutlarını bağlamağa davam etdiyi üçün Ukraynanın taxıl ixracının demək olar ki, yarısının hazırda dayandığını bildirib və əlavə edib ki, “22 milyon ton taxıl anbarlarda saxlanılır”.
Ukrayna prezidenti Volodimir Zelenski ölkəyə ixracı mümkün olmayan taxıllarla bağlı açıqlama verib. Zelenski vəziyyəti qlobal ərzaq təhlükəsizliyi üçün potensial "fəlakət" kimi qiymətləndirib.
Prezident Zelenski açıqlamasında “Bu gün anbarlarda 22 milyon ton taxıl saxlanılır. Biz onları lazım olan yerdə beynəlxalq bazarlara çıxara bilmərik”, - deyə bildirib.
Zelenski ayrıca açıqlamasında, “Qıtlıq tək gəlmir, o, həmişə vəziyyəti daha da ağırlaşdıran, insanların həyatını məhv edən, insanlar üçün təhlükəli şərait yaradan siyasi xaosla müşayiət olunur. İyul ayında bir çox ölkələr keçən ilki məhsul ehtiyatlarını tükəndirdikdə fəlakətin nə qədər böyük olduğunu anlayacaqlar"- deyib.
Ləman,
Sitat.info