Rusiyanın Ukraynada məğlub olacağına qətiyyən şübhə yoxdur. Amma müharibə uzunmüddətli, çətin, qanlı olacaq.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu adının çəkilməsini istəməyən ukraynalı general deyib.
“Rusiyanın qalib gəlməyəcəyi aydındır. Çünki bizim tərəfimizdə 43 dövlət var və bizə qarşı isə yalnız Rusiyadır. Böyük döyüşə hazırlaşmalıyıq. Xəyanət olmasa, Ukrayna qalib gələcək və öz ərazilərini qaytaracaq”, - general bildirib.