İsveç administrasiyası 2019-cu ildən Türkiyəyə qarşı tətbiq edilən silah embarqosunu ləğv etməkdə maraqlıdır.
SİTAT.İNFO xəbər verir ki, bu barədə "Expressen" qəzeti yazıb. Qəzetə açıqlama verən İsveçin Strateji Məhsullar Müfəttişliyinin (ISP) Silah İxracına Nəzarət ofisinin rəhbəri Karl Evertsson, İsveç müdafiə sənayesinin tələblərini təhlükəsizlik siyasəti çərçivəsində nəzərdən keçirdiyini deyib. O bildirib ki, hazırda Türkiyəyə silah embarqosu üçün kifayət qədər əsas yoxdur:
"Ukraynadakı müharibə, İsveçin NATO-ya üzvlüyü məsələsi və sair mövzular təhlükəsizlik siyasətinə təsir edir, hazırda çox təlatümlü bir zamandan keçirik. Bu mənada İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələrdə şərtlər dəyişə bilər. Yeni şərtlər daxilində Türkiyəyə silah satışı da dəstəklənə bilər".
Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutundan Halil Karavel də durumu dəyərləndirib. O da bildirib ki, Türkiyə özünümüdafiə əməliyyatı keçirir və buna qarşı İsveçin silah embarqosu tətbiq etməsi etiraz edir: "İsveç rəsmi qərarla Türkiyəyə silah satışına qoyulan məhdudiyyəti aradan qaldıra bilər. Görünür, Stokholm administrasiyası artıq bu istiqamətdə müsbət siqnallar verib”.
Ləman Sərvanqızı
SİTAT.İNFO