İş axtarmayın, iş qurun: Mikrosahibkarlıq üçün ölkədə hansı imkanlar var?

16:01 30 May 2022

Azərbaycanda işsizlərin və iş axtaranların sayı çoxdur. Lakin məüyyən maliyyə imkanları çərçivəsində iş qurmaq, iqtisadiyyatın boşluqlarını araşdırıb yenilik gətirmək istəyən, istehsal  və ya xidmət sektorunda yeniliklər etməklə qazanc əldə etməyə çalışanların sayı o qədər də çox deyil. İnsanların əksəriyyəti hansı sahələrdə iş qura biləcəklərindən, dövlətin kiçik sahibkarlar üçün hansı imkanlar yaratdığından xəbərsizdirlər. Suallarında  biri də budur ki, vətəndaşların xırda sahibkarlıqla fəaliyyəti üçün hansı sahələrdə imkan var, hansı sahələr daha gəlirlidir? Xırda sahibkarlar dövlət dəstəyindən necə faydalana bilərlər? 

Mövzu ilə bağlı  SİTAT.İNFO-ya  danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev qeyd etdi ki, yüzlərlə sahənin adını çəkmək mümkündür, önəmli olan sahibkarın bacarıqlarıdır: "Ümumiyyətlə mikrosahibkarlıq subyektləri özləri müəyyənləşdirməlidirlər ki, hansı sahədə biznes fəaliyyətlə məşğul olsunlar. Gəlirlik məsələsi sahibkarın özünün qabiliyyətindən, bacarığından asılıdır" .  

R.Ağakişiyev vurğuladı ki, hazırda mikrosahibkarlıq subyetklərinə birinci növbədə vergi güzəştləri tətbiq olunur: "Mənfəət vergisindən 75 faiz həcmində azaddırlar. Bunlar daha çox mikrosahibkarlıq subyektinə aiddir. O cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi vasitəsilə onlara 20 min manatadək qrant verilir. Bu subyetklər üçün agentliyin tərkibində KOB evlər  göstərir ki,  orada sahibkarlara məsələhətlər verirlər,  pulsuz mühasibat, vergi xidmətləri göstərirlər. Həmçinin onlara treninqlər keçirilir, orada da pulsuz iştirak edə bilərlər. Mikrosahibkarlıq subyektlərinə satış mərkəzlərində müəyyən yerlərin pulsuz verilməsi kimi dəstək  var.  Dövlət dəstəyi vasitəsi marketinq xərcələrinin 80 faiz ödənilməsi imkanları da var".

Lamiyə Xəqani 

SİTAT.İNFO



Xəbər xətti