Koronavirusa yoluxan prezident Ərdoğanın səhhəti ilə bağlı son durum - Səhiyyə naziri açıqladı

20:35 5 Fevral 2022

Koronavirusun "omikron" ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır.

"Report" xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb.

Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur.

Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun "omikron" ştamına yoluxublar.

Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.



Xəbər xətti