Nəqliyyat vasitəsini qaçıran şəxs saxlanıldı

17:50 23 Oktyabr 2025

Paytaxtın Səbail rayonunda bir nəfərin nəqliyyat vasitəsi qaçırılıb. 
 
Sitat.info xəbər verir ki, rayon sakini ərazi polis orqanına müraciət edərək oktyabrın 21-də "VAZ-2107” markalı avtomobilinin naməlum şəraitdə qaçırılmasını bildirib. 
 
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 27 yaşlı T.Kərimov avtomobillə birgə müəyyən olunaraq saxlanılıb. 
 
Araşdırma aparılır.



Xəbər xətti