Bakıda keçirilən Dünya Kubokunda bu gün tüfəng atıcılığı üzrə kişilər arasında komanda yarışlarının finalı keçirilib.
Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Koreya komandası 16:8 hesabı ilə Avstraliya komandasını geridə qoyub, qızıl medala yiyələnib. Bürünc medal uğrunda yarışda xorvatlar qələbə çalıb.
Eyni növdə qadınlar arasında keçirilən yarışdan Hindistan komandası qalib çıxaraq, danimarkalıları 17:5 üstələyib və qızıl medal sahibi olub. Polşalı qadınlar bürünc medala yiyələniblər.
Tapançadan atəş üzrə kişilər arasında komanda yarışında qızıl medalı İran komandası İtaliyanı 16:10 hesabı ilə geridə qoyaraq əldə edib. Bürünc medalı almanlar qazanıb.
Qeyd edək ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kuboku yarışları iyunun 7-dək davam edəcək.