“Rusiyanın Ukraynaya müdaxiləsi daha dəhşətlidir, yoxsa Amerikanın İraqa, Liviyaya müdaxiləsi?” - Akif Nağı ilə MÜSAHİBƏ ( II HİSSƏ)

12:25 1 May 2022

SİTAT.İNFO Akif Nağı ilə müsahibənin II hissəsini təqdim edir. Müsahibənin I hissəsini bu linkdən oxuya bilərsiniz. 

https://sitat.info/news/6474/xankendi-qafqazda-rusiyanin-sonuncu-umid-yeridir

II hissə...

- Akif bəy, siz Kissencerin fikirləri ilə razısınızmı? 

Ukraynanın Cənub-Şərq ərazilərini, Xarkovu ələ keçirmək Rusiyanın əsas planlarından biri idi, amma buna nail ola bilmədi. Həmin ərazidən qurşaq şəklində Şərq bölgələrinə və Cənuba doğru, Qaradəniz kənarına yetişiblər. Xersonu nəzarətdə saxlayırlar, qonşuluqda Odessa qalıb. Bununla bağlı hansı planların olduğu məlum deyil. Qaradənizlə əlaqəsinin kəsilməsi Ukrayna üçün ölüm deməkdir. Rusiya bu ərazidə möhkəmləndikdən sonra  uzunmüddətli siyasi alverlər başlayacaq. Atəşkəs elan olundu, atəşkəsi kim pozdu və s. Rusiyanın planı belədir. Qərb də bunu başa düşməyə başlayıb. Ukrayna Prezidenti Zelenski Kissencerə qəzəbləndi ki, 1938-ci ildə Münxen sövdələşməsinə oxşar addım atmaq istəyirsən. Əslində müəyyən oxşarlıq da var, o vaxt Hitleri sakitləşdirmək üçün Qərb dövlətləri Çexoslavakiyanın əyalətini verdilər, amma bu əks effekt verdi və vəziyət daha da kəskinləşdi. Kissencerin sözlərində məntiq o idi ki, bu şəkildə nəticəyə nail olmaq mümkün deyil. Əksinə Çin ilə Rusiyanın yaxınlaşmasına təkan verirlər. Çünki burada Tayvan məsələsi də var. Çin ilə Rusiyanın birləşməsi, Amerika ilə Qərb üçün təhlükədir. Bir tərəfdən də Rusiyanın enerji daşıyıcıları, qaz, neft, taxılla bağlı məsələlər stratejidir. Avropanın iqtisadiyyatı sıxıntı içərisindədir. Ona görə Kissencer bunları nəzərdə tutur ki, istədiyiniz nəticəyə bu yollarla nail olmaq mümkün deyil. Müəyyən kompramisə getmək lazmdır. Reallığı qiymətləndirmək lazmdır. Amma Rusiyaya da zərbədir. Biz hər məsələdə öz maraqlarımızdan çıxış edirik. Suriyada Rusiya geri çəkilib. Bu o demək deyil ki, Rusiya hərbi qüvvəsi olmadığı üçün geri çəkilib, bu da taktiki gedişlərdir. Xüsusilə də Türkiyənin qarşısında güzəştlər edir.Türkiyə orada antiterror əməliyyatlarını genişləndirmək fikrindədir. Rusiya da buna şərait yaradır. Türkiyə ilə müəyyən bir razılıqla hərəkət edirlər. Türkiyə özü region dövlətinə çevrilir.

Avropanın başı Makrondursa, elə başsız olsaydı daha yaxşı olardı

-Türkiyənin Avropa ilə hazırki münasibətlərini necə qiymətləndirirsiniz?

- Avropanın başı Makrondursa, elə başsız olsaydı daha yaxşı olardı. Onların siyasəti Türkiyəni də Qərbə qarşı qoyur. Finlandiya, İsveçi NATO-ya qəbul etməkdə məqsəd nədən ibarətdir . Biz heç kəsi ittiham etmirik, ağıllı insanlardır,  öz strategiyaları, beyin mərkəzləri var ,amma kənardan baxanda bir məntiq görünmür. İsveç və Finlandiyanı da ortaya ataraq qlobal, böyük müharibəyə getmək istəyirlərsə, bu başqa məsələdir. Amma Böyük müharibəyə getmək əlamətləri görünmür.  Heç kəs öz əsgərinin orada ölümə getməsini istəmir. Ukraynada ukraynalılar vuruşur, düzdür hərbi, maddi kömək də gəlir. Bu gedişlə Türkiyəni itirə bilərlər. Dövlət Baxçalı də dedi ki, Türkiyə özü üçün NATO yarada bilər, bunun üçün real baza da var. Bəzi ekspertlər isə həmin vaxtın yetişmədiyini deyirdi. Türkiyənin Azərbaycanla, Qazaxıstan, Əfqanıstan, Pakistan və s. ölkələrlə yaxın münasibətləri var. Türkiyə elə bir blok yaradar ki, bütün dünya onlarla hesablaşmalı olar. Türkiyəni də özlərindən bu formada uzaqlaşdırırlar. - Bütün bu proseslərin hamısına biz Qarabağ prizmasından yanaşsaq ki, bizim taleyimizə necə təsir edəcək? Ukraynada gedən proseslər Rusiyanın Qarabağdan çıxmasını sürətləndirə bilər. Bu istiqamətdə də işlər gedir, Türkiyənin də müəyyən addımları var. Türkiyə Suriyaya hərəkət edir, Qarabağda Rusiya ilə razılaşdırılmış addımlar atıb, indi də atacaq. Müəyyən qeyri-rəsmi məlumatlar var, bir müddət sonra öz təsdiqini tapacaq. Türkiyənin Azərbaycanın bu və ya digər ərazisində hərbi mövcudluğunun rəsmiləşdirilməsi ilə bağlı fikirlər var. Bunu heç kəs demir,  biz də demək istəmirik. Bu proseslər gedir. Azərbaycanla hərbi -sənaye əməkdaşlıq müqavililəri var. Bunlar Türkiyənin regiondan geri çəkilmədiyini göstərir. Türkiyə artıq regiona girib və buradan çıxmaq fikri də yoxdur. Görüntü olaraq Rusiyanın  hər şeyi həll edə bildiyi görünsə də bu belə deyil. Azərbaycanda əsas faktor Türkiyədir.

"Ukrayna özünün alət kimi istifadə edilməsinə razı oldu"

- Bu gün kimi Putini, kimi Zelenskini günahlar çıxarır. Sizcə tarix kimi günahkar biləcək?

Praqnoz vermək çətindir. Qalibi mühakimə etmirlər. Kim qalib gəlsə, öz mövqeyini qəbul etdirəcək. İkinci dünya müharibəsi, Koreya müharibəsi, Vyetnam müharibəsi, Amerikanın yaxın Şərqdəki hərəkətləri ilə bağlı fərqli düşüncələr mövcuddur. Rusiyanın Ukraynaya müdaxiləsi ilə Amerikanın İraqa müdaxiləsi, Liviyaya müdaxiləsi və dövlət başçısını abırsızcasına tutub edam etdirməsi arasında müqaisə aparsaq, hansı daha dəhşətlidir? Amerika güclü olduğu üçün, dünya informasiya siyasətinə nəzarət etdiyi üçün, onların dedikləri əsas olur. Ona görə də, müharibədən sonra Rusiyanın informasiya vasitələrində öz konsepsiyası olacaq. Amerikanın, Qərbin də öz təbliğatı olacaq. Reallığa baxdıqda isə uduzan Ukrayna olacaq. Bəziləri deyir ki, Ukrayna nümunəvi bir dövlətə çevriləcək. Bu dağıntılardan sonra Ukraynanın özünə gəlməsi çox çətin olacaq. Çünki əhaliyə çox ağır zərbə dəydi. Sovet İttifaqının İkinci Dünya Müharibəsində bir- birilərinə münasibətindəki ruh yüksəkliyi burada müşahidə olunmur. Yəni, mənəvi-psixoloji vəziyyət də aşağı səviyyədədir. Maliyyə cəhətdən asılı vəziyyətə düşəcək, Lend-liz özü də borc deməkdir. O dövrdə Sovet İttifaqına da Amerika bu yardımı edirdi və uzun illər onu ödəmək məcburiyyətində qaldl. Bununla da Ukrayna iqtisadi cəhətdən asılı vəziyyətə düşəcək. Əhalisinin böyük hissəsi Ukraynanı tərk edir. Avropaya üz tuturlar. Müəyyən müddətdən sonra Avropada ən böyük diaspor camiəsini ukraynalılar təşkil edəcək. Öz vətənlərindən kənarda bir hissəsi müəyyən işlər quracaq, bir hissəsi qurbana çevriləcək, amma millət üçün faciədir. Millət öz ölkəsində xoşbəxt ola bilər. Bizi incidən odur ki, ukraynalıların qəhrəmanlığını görürük, əziyyətlərini görüb başa düşürük. Söhbət bundan gedir ki, Ukrayna özünün alət kimi istifadə edilməsinə razı oldu. Bu millətlər üçün ən böyük faciədir. Ermənilər 300 il bundan əvvəl Vatikanın  Katolik kilsələrində alət olmağa razılıq verdilər. Bu hələ də davam edir. Gah Rusiyanın, gah da Amerikanın əlində alət rolunu oynayırlar, bundan əlavə bir işləri yoxdur. Vatikan erməniləri Azərbaycana qarşı istifadə edirlər. Paşinyanın bir fərqli cəhəti də bu hadisələri başa düşməsidir. 1920-ci illərdə Daşnakstyunun rəhbəri bunu başa düşdü. Ermənistan da sovetləşdikdən sonra o xaricə getdi. Orada bir məruzə hazırladı və bildirdi ki, biz heç nəyə nail ola bilmədik, Rusiyaya alət olduq. Biz bu mövqedən geri çəkilməliyik. Bu məruzənin oldiğu kitabı Ermənistanda qadağa edib, yandırdılar, bütün kitabxanalardan götürdülər. Çünki bu onların dediyi siyasətə uyğun gəlmirdi. İndi Paşinyan təxminən belə br addım atmaq istəyir ki, biz dövlət olmaq istəyirik, biz qurbanlıq qoyun olmaq istəmirik. Paşinyan buradan çıxmağa çalışır, amma dünyadakı erməni toplumu o qədər zəhərlənib ki, bu vəziyyətdən çıxa bilmirlər.

- Müharibə bitdikdən sonra proses hansı istiqamətdə uzana bilər? Görünən odur ki, bnu yaraların sağalması asan olmayacaq və uzunmüddətli bir münaqişənin əsası qoyuldu...

Ukraynalıların bədbəxtçiliyi bu alət rolundan çıxa bilməməsidir. Hələ Uzun illər onlardan Rusiyaya qarşı alət kimi istifadə edəcəklər. Müəyyən bir müddətdə vəziyyət dəyişsə, Rusiya onlardan kiməsə qarşı istifadə edəcək. Hələlik Qərb, Amerika Ukraynadan Rusiyanı ifşa etmək üçün "alət"kimi istifadə edəcək. Rusiyanın qaniçən, antihumanist, antibəşəri olduğunu göstərmək üçün müharibəni başlatdılar. Müharibə sakitləşəndən sonra Ermənilərin "soyqırım"ideyası kimi, Qərb və Amerika da rusların ukraynanlıları soyqrım etdikləri məsələsini qaldəracaqlar. Ukraynalılar deyirlər ki, ruslar bizə qarşı soyqrım edirlər. Başqa bir açıqlamada isı  Ukrayna deyir ki, təxminən 30 min rusiyalı ölüb, 10-15 min də ukraynalı öldürülüb. Bəs burada hansı soyqırımdan danışıla bilər? Mülkü əhalinin öldürülməsi faktı düzdür,amma elə şeylər var ki, onlar soyqrım faktı üçün əsas götürülmür. Co Bayden belə  bir ifadə işlətdi ki, qətliam olub, qanunsuzluq olub, insanlar qətlə yetirilib,amma genosid əlamətləri görmürük. Müəyyən bir məqamdan sonra Rusiyaya qarşı çıxıb, təziq etmək üçün bu məsələni işıqlandıracaqlar. Bu müharibədən sonra hələ uzun illər Ukrayna əziyyət çəkəcək.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti