SON DƏQİQƏ! Avtobusda gediş haqqı artırıldı

12:43 1 İyun 2022

Sabahdan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə gediş haqqı 0,35 manat təşkil edəcək.

Bu barədə Sitat.info-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.

Hazırda bu marşrut üzrə gediş haqqı 0,30 manat təşkil edir.



Xəbər xətti