“Şərəfsiz də, alçaq da, agent də, cibgir də Cavanşir Feyziyev özüdür”
Sitat.info xəbər verir ki, bu sözləri "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu jurnalistləri təhqir edən deputat Cavanşir Feyziyevə ünvanlayıb: "Bizə yazdığı bütün epitetləri Cavanşir Feyziyevin özünə qaytarırıq. Şərəfsiz də, alçaq da, agent də, cibgir də Cavanşir Feyziyev özüdür! Utanmaz adam, bütün ölkəni dünyada biabır edib, deputat adını rəzil edib, London məhkəməsi bunun bütün nəslini prosesə cəlb edib, İngiltərə qəzetləri, dünyanın meqa KİV -ləri bunun cinayətlərindən yazır: bu da bizə ağız atır. Hüquqi və informasiya planında, cavabı veriləcək”.
Sitat.info