Ləman Ələşrəfqızı Cavanşir Feyziyevə: "Əlilə dərman pulunu qıymayan adama Allah belə rüsvayçı aqibəti yaşadır"

15:15 6 Fevral 2022

"Əlilə dərman pulunu qıymayan adama Allah belə rüsvayçı aqibəti yaşadır"

LAF TV-nin həmtəsisçisi Ləman Ələşrəfqızı Musavat.com-a açıqlamasında deputat  Cavanşir Feyziyevin  jurnalistlər haqqındakı ittihamına sərt cavab verib. 

O bildirib ki, biz jurnalist kimi baş verənləri şərh etmişik:  “Başım qarışıq olub bu gün, facebooka indi girirəm. Baxıram ki, deputat Cavanşir Feyziyev mən də daxil bir neçə jurnalisti təhqir edib, xarici kəşfiyyata işləyən, şərəfsiz və s adlandırıb. Niyə, nə üçün? Çünki Britaniya məhkəməsinin çıxardığı qərarı efirimizdən səsləndirmişik, bu pulların ölkədən necə çıxarılmasından danışmışıq, şərh vermişik. Əcəb eləmişik! Zatən jurnalistikanın işi bu! Hansı şərəfdən danışırsız, ay yoldaş deputat??? Şərəfi olan sizin kimi saxta yolla gedib parlamentdə oturmur. Şərəfi olan millətin pulunu oğurlayıb ingilisə yedirtmir! Sən o adamsan ki, bir ayağı amputasiya olunmuş , bir ayağı qanqrena vəziyyətdə olan əlilə kömək etmədin, dedin mən deputat maaşı ilə yaşayıram, amma milyonlarla funt sterlinqi ingilisə yedirdirsən. Bax, bu, ilahi ədalətdir! Bir yetimə, əlilə dərman pulunu qıymayan adama Allah belə rüsvayçı aqibəti yaşadır. Qaldı, xarici kəşfiyyat, agent-filan sayıqlamarına...yeddi arxa dönənini xaricdə bəsləyən sənsən. Agent də, casus da sizdən çıxar. Biz özünüz demiş, çörəyimizi bir smartfondan çıxardan adamlarıq. Amma bu daha şərəfli çörəkdir. Qətiyyən yaddan çıxartmayın”.

SİTAT.İNFO



Xəbər xətti