Qəzzafi ölməyib? - Mühafizəçisindən şok sözlər...

15:23 6 Fevral 2022

Liviyanın öldürülmüş lideri Müəmmər Qəzzafinin keçmiş qadın mühafizəçisi Aişə Fituri onun hələ də sağ olduğunu və müqavimətə rəhbərlik etdiyini iddia edib.

Axar.az xəbər verir ki, Fituri bu fikirləri RT-nin ərəb versiyasında yayımlanan "Sənədli sözlər" proqramında canlı yayım zamanı səsləndirib.

Mühafizəçi görüntülərdəki şəxsin Qəzzafi olmadığını bildirib. Onun sözlərinə görə, həmin gün Sirt şəhərinə Qəzzafi yox, ona çox oxşayan Həmid Əbu Minyar adlı şəxs daxil olub. Qəzzafi həmin gün Sirtə qətiyyən girməyib.

Fituri devrilmiş liderin həmin gün Bəni Vəlidə girdiyini, daha sonra isə oranı tərk etdiyini deyib.

Aparıcının “DNT testi aparılıb və onun Qəzzafi olduğu sübuta yetirilib” sözlərinə isə Fituri belə cavab verib:

"Bu, doğru deyil! Bəs nə üçün BMT bu günə qədər bu məsələ ilə bağlı qərar qəbul etməyib və cənazə niyə təhvil verilməyib?"



Xəbər xətti