İsrail ordusu və təhlükəsizlik xidməti ötən il 38 yaşlı israilli Gideon Perrini öldürməkdə ittiham olunan Sultan əl-Qənini zərərsizləşdirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında aparılan müştərək əməliyyat nəticəsində qətllə əlaqədar 5 nəfər həbs olunub. Sonra isə əl-Qəninin gizləndiyi bina mühasirəyə alınıb. Atışma nəticəsində sözügedən şəxs öldürülüb.
Qeyd edək ki, 2024-cü il avqustun 18-də 38 yaşlı İsrail vətəndaşı Gideon Perri öldürülüb, onun odlu silahı və maşını oğurlanıb.