İyunun 3-də Moskvada regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək.
SİTAT.İNFO xəbər verir ki, bu barədə "news.am" saytı məlumat yayıb.
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumatı təsdiqləyib.
Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrup sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.