Vanqanın 2026 proqnozu - ŞOK HADİSƏLƏR olacaq

11:49 8 Dekabr 2025

Dünyaca məşhur mistik Baba Vanqanın 2026-cı ilə aid edilən proqnozları beynəlxalq mətbuatın gündəminə gəlib.

Sitat.info xəbər verir ki, bir çox xarici media orqanı onun gələn il üçün dediyi iddia olunan öncəgörmələri haqqında geniş materiallar yayımlayıb.

Economic Times, Hindustan Times, Moneycontrol, Times of India və digər media mənbələrinin yazdığına görə, Baba Vanqa 2026-cı ildə bir sıra qlobal hadisələrin baş verməsini "görüb". 

Təbii fəlakətlərin çoxalması

Xarici mediada yayılan proqnozlara əsasən, 2026-cı ildə dünya miqyasında güclü zəlzələlər, vulkan püskürmələri və ekstremal hava hadisələrinin intensivləşəcəyi iddia olunur. Materiallarda bildirilir ki, planetin 7-8 faizinə yaxın hissə bu kimi hadisələrdən təsirlənə bilər. Bu iddialar xüsusilə Economic Times tərəfindən qeyd olunub.

Qlobal müharibə təhlükəsi

Bir çox mənbədə yer alan digər iddiaya görə, 2026-cı ildə böyük dövlətlər arasında gərginliyin artacağı və hətta genişmiqyaslı münaqişənin başlaya biləcəyi ehtimal edilir. Bəzi proqnozlarda Üçüncü Dünya Müharibəsinin Şərqdən başlayaraq dünya üzrə yayılması ssenarisi də vurğulanır.

Süni intellektin yüksəlişi

Hindustan Times və Times of India kimi nüfuzlu portallar Vanqaya istinad edilən bir başqa proqnozu – süni intellektin 2026-cı ildə həyatın bir çox sahəsində nəzarəti ələ ala biləcəyi ehtimalını önə çıxarır. Materiallarda bildirilir ki, AI texnologiyalarının çox sürətlə inkişaf etməsi yeni etik və sosial risklər yarada bilər.

Yerdənkənar həyatla ilk təmas iddiası

Ən çox müzakirə olunan iddialardan biri yadplanetlilərlə qarşılaşma ehtimalıdır. Bir çox xarici platforma Vanqanın "2026-cı ilin noyabrında insanlığın yadplanetli sivilizasiyalarla ilk real təması" haqqında öncəgörmə etdiyini yazır. 

Qlobal iqtisadi böhran proqnozu

“Hindustan Times” 2026-cı ildə dünya maliyyə sistemində ciddi çalxalanmalar baş verə biləcəyi ilə bağlı proqnozlara da diqqət çəkir. İddialarda bank sektorunda qeyri-sabitlik, valyutalarda dəyər itirməsi və qlobal iqtisadi yavaşlama ehtimalı qeyd olunur.



Xəbər xətti