SON DƏQİQƏ! Kreml Ukraynaya hücumda yeni manevrlərə əl atacaq: Kadırov DETALLARINI AÇIQLADI

14:44 3 İyun 2022

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdən sonra Ukraynada xüsusi hərbi əməliyyatın effektivliyini artıracaq və onu sürətləndirəcək yeni tədbirlərin müəyyən edildiyini bildirib.

SİTAT.İNFO TASS agentliyinə istinadən xəbər verir ki, Kadırov Rusiya-Ukrayna müharibəsi ilə bağlı qəbul olunan yeni qərarlardan danışıb.

"Cümə axşamı Moskvaya işgüzar səfərim çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə çox səmərəli görüşüm oldu. Görülən tədbirlər hücumun effektivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Manevrlər xüsusi əməliyyatın daha sürətlə aparılmasına kömək edir” -deyə Kadırov vurğulayıb. 

 

"Əminəm ki, gələcək əməkdaşlığımız Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələrin həllinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq"- o, əlavə edib.

Ləman,
SİTAT.İNFO

 



Xəbər xətti