"ABŞ yeni “DonRo” doktrinasını işə salıb, gücə əsaslanan ekspansiya həyata keçirir, dünyada öz mövqelərini möhkəmləndirir. Çin iqtisadi ekspansiyasını artırıb, tarixdə ilk dəfə 2025-ci ildə Çinin xarici ticarətdə profisiti 1,2 trilyon dollara çatdı. ABŞ öz yarımkürəsində tək hakimi-mütləq olmaq yolundadır, Avropa, Asiya, Afrikada yeni mövqelər əldə edir, süni intellekt, yeni texnologiyalarda liderliyini möhkəmlədib. Çin dünyanın bir çox ölkələrində yeni limanlar tikir, yeni logistik yollar qurur, bu ölkə tək 2025-ci ildə dünyanın müxtəlif ölkələrinə 145 mlrd. dollardan çox investisiya qoyub. Texnoloji olaraq da ABŞ-la rəqabət aparacaq qədər güclənib".
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, Real Partiyasının icraçı katibi Natiq Cəfərli
O bildirib ki, Rusiyanın vəziyyəti o qədər ürəkaçan deyil: "Qonşumuz və bölgəmizin baş ağrısı olan Rusiya isə Ukrayna bataqlığına o qədər dərin batıb ki, Suriyanı, Venesuelanı itirdi, Cənubi Qafqaz və Orta Asiyada tarixinin ən zəif durumuna düşdü, bu gün-sabah yaxın müttəfiq kimi İranı da itirəcək. Çini dostu sayır, Çin isə Rusiyaya ucuz resurs mənbəyi və gələcəkdə öz torpaqlarını genişləndirəcək bir coğrafiya kimi baxır.
Dünyada qlobal oyun, qlobal döyüş gedərkən Rusiya Pakrovsk ətrafında 3 aydır meşəbəyinin daxması uğrunda vuruşur. 3 aya o daxma uğrunda 30 min əsgər itirib, amma, hələ də ayılmır ki, Qərb, əsasən də elə ABŞ onları necə bir oyuna gətirib, anlamır ki, resurslarını daxmalar uğrunda döyüşlərdə xərcləməyə, başını iki kənd, bir qəsəbə ilə qataraq, dünya siyasi səhnəsində zəiflədib".