"Azeri Light" ucuzlaşdı

09:45 16 Yanvar 2026

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.  
 

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,42 ABŞ dolları və ya 3,37% azalaraq 69,29 ABŞ dollarına bərabər olub.

 Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,71 ABŞ dolları təşkil edib.  Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



Xəbər xətti