ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün qədər tez qərar verməlidir.
Sitat.info Teleqraf-a istinadən xəbər verir ki, bunu Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.
O bildirib ki, Yaxın Şərqdəki vəziyyət keçmişə qayıtsa, bölgədə tamamilə fərqli mənzərə yaranacaq.
Bolton İrandakı rejimin devrilməsi halında Tehranın proksi qüvvələrinin gələcək taleyi barədə danışarkən qeyd edib ki, bu durumda onlar başqa yerlərdən dəstək almağa çalışacaqlar.
Bununla belə, o əlavə edib ki, İranın dəstəyini itirməsi Livanda “Hizbullah”, Yəməndə “Ənsarallah” (husilər), Qəzza zolağında HƏMAS və İraqda şiə silahlı qruplarını olduqca çətin vəziyyətə salacaq.