Szinpin çağırış etdi: Yuan dolları əvəz edir?

09:11 2 Fevral 2026

Rəsmi Pekin beynəlxalq valyuta sistemində daha mühüm rol oynamağa çalışır.

Sitat.info xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.

"Çin lideri bildirib ki, ölkə beynəlxalq ticarət, investisiya və valyuta bazarlarında geniş istifadə oluna bilən güclü valyuta yaratmalı və ehtiyat valyuta statusuna nail olmalıdır. Çin hakimiyyəti uzun müddətdir yuanın beynəlmiləlləşməsini təşviq etməyə çalışır", - məlumatda deyilib.

Szinpin vurğulayıb ki, bu məqsədə nail olmaq üçün Pekin pul siyasətini effektiv idarə edə bilən güclü mərkəzi bank, qlobal miqyasda rəqabətədavamlı maliyyə institutları və qlobal kapitalı cəlb etmək, eləcə də, dünya qiymətlərinə təsir göstərmək qabiliyyətinə malik beynəlxalq maliyyə mərkəzləri yaratmalıdır.

“Pekin istəyir ki, yuan ciddi beynəlxalq valyuta olsun. Bir gecədə dolları əvəz eləməsi vacib deyil, amma strateji əks-təsirə çevrilmək, çökən qlobal maliyyə nizamında ABŞ-ın təsirini məhdudlaşdırmaq üçün vacibdir”, - deyə “Asiya Qrupu”nun Çin üzrə eksperti Han Şenq Linq bildirib.



Xəbər xətti