43 yaşlı qadın fəciəvi şəkildə öldü

09:49 2 Fevral 2026

Abşeronda 43 yaşlı qadın dəm qazından boğularaq həyatını itirib.

Sitat.info xəbər verir ki, hadisə ötən gün saat 19-20 radələrində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü E.Seyidova Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H. Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti