Bu gün Sea Breeze-də "Shore House" restoranında iş adamlarının görüşü baş tutub.
Sitat.info xəbər verir ki, görüş tədbirin təşkilatçısı, iş adamı Dilavər Əzimovun təşəbbüsü ilə keçirilib. 50-yə yaxın iş adamı "Shore House" restoranında səhər yeməyində bir araya gəliblər. Yüksək xidmət, gülərüz personal və ləziz təamlar qonaqların zövqünü oxşayıb.
Tədbirdə tanınmış simalar - Fərda Xudaverdiyev, Tərlan Novxanı da qonaq olublar.
Fərda Amin həmişəki kimi öz zarafatları ilə qonaqlara gülüş bəxş edib.
Şirkət rəhbərləri çıxış edərək öz brendlərini təqdim ediblər, qarşılıqlı əməkdaşlıqlar müzakirə olunub. Bir neçə şirkətin brendlərinin əyani təqdimatı baş tutub.
Dilavər Əzimov sahibkarlığa göstərilən dövlət qayğısından danışaraq, iş adamlarını Sea Breeze-in layihələrinə investisiya qoymağa çağırıb.
@sitat.info Sea Breez də nə baş verir ♬ original sound - Sitat.info xəbər portalı