Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

16:10 2 Fevral 2026

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə Sitat.info-ya Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

Xəbərdarlığa əsasən, fevralın 3-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32-34 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5.0-7.0 m. çatacağı proqnozlaşdırılır.



Xəbər xətti