Gəncədə qaz sızmasından partlayış oldu: Yaralılar var

17:36 2 Fevral 2026

Gəncə şəhərində partlayış hadisəsi baş verib.
 
Hadisə şəhərin Sevinc qəsəbəsi ərazisindəki kanalizasiya quyusunun təmiri zamanı qeydə alınıb.
 
İlkin məlumata görə, hadisə kanalizasiya quyusunda təmir işləri apararkən baş verib. Quyudan keçən qaz xəttində sızma olub. Fəhlələr kanalizasiya quyusunda dəmir boruda qaynaq apararkən qəfil partlayış baş verib. Partlayış nəticəsində qaynaqçı, 1968-cı il təvəllüdlü Əli Paşayev, fəhlələr - 1984-cü il təvəllüdlü Anar Zamanov və 1989-cu il təvəllüdlü Mahir Bağırov yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az



Xəbər xətti