Stiv Uitkoff sabah İsrailə səfər edəcək

18:49 2 Fevral 2026

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff sabah İsrailə səfər edəcək.
 
Bu barədə iki İsrail rəsmisi "The Times of Israel”ə məlumat verib.
 
Bildirilib ki, Uitkoff İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail ordusunun Baş qərargah rəisi Eyal Zamirlə görüşlər keçirəcək.
 
Qeyd edək ki, bundan əvvəl Eyal Zamir Vaşinqtonda Pentaqon rəsmiləri ilə görüşüb.
 
///APA



Xəbər xətti