Suriyada hökumət qüvvələri Suriya Demokratik Qüvvələri tərəfindən idarə olunan Hasekə şəhərinə daxil olub.
Bu barədə orada olan AFP müxbirləri məlumat yayıb.
Onlar hökumət qüvvələrinə məxsus konvoyun SDQ nəzarətində olan buraxılış məntəqəsindən keçdiyini görüblər.
Qeyd edək ki, ötən həftə Suriya hökuməti və SDQ arasında əldə olunan razılaşmaya əsasən, SDQ qüvvələrinin Suriya ordusuna inteqrasiya prosesi təsdiqlənib.
///apa