Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.
Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsinə təyin olunub.
Hərbi Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
Bundan başqa, ədliyyə polkovnik-leytenantı Samir Qarabəyli Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.